"Gözümü açdım ki, morqdayam…"


Şou-biznes 02 Noy 2018 17:15:00 288 0

"Gözümü açdım ki, morqdayam…"

Bir neçə dəfə ölümdən qayıtmışam. Termometri sındırıb civəsini somurub içmişəm. Kliniki ölüm keçirmişəm. Ölümdən öncəni və sonrakı mərhələni xatırlayıram. 3 yaşımda konservləşdirilmiş bolqar bibərini yemişəm.  Yeməyim yadımdadır, sonrakı prosesi unutmuşam. Gözümü açdım ki, morqdayam, hər yer ağ idi, nəfəsim özümü boğurdu. Rəsmi şəkildə xəstəxana deyib ki, ölmüşəm. Atam da rayonda hər kəsə məlumat vermişdi. Sonra xəstəxanada oyandığım məlum olub. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli "Altın Kelebek" mükafat mərasimi çərçivəsində lentə alınan "Böyük dəyişim" adlı sənədli filmdə danışarkən bildirib. 


Xəbərə aid fotolar