Azərbaycanda nar muzeyinin yaradılması təklif edilir


Digərləri 02 Noy 2018 16:30:00 308 0

Azərbaycanda nar muzeyinin yaradılması təklif edilir

Narın zəngin genetik müxtəlifliyinin cəmləşdiyi, onun üçün tam əlverişli olan geniş ərazidə bu bitkinin yerli və introduksiya sort və formalarının toplanıldığı “Narın Canlı Təbiət Muzeyi”nin – milli genofond bağının yaradılmasına zərurət var.

Bakı. İlhamə İsabalayeva - Narın zəngin genetik müxtəlifliyinin cəmləşdiyi, onun üçün tam əlverişli olan geniş ərazidə bu bitkinin yerli və introduksiya sort və formalarının toplanıldığı “Narın Canlı Təbiət Muzeyi”nin – milli genofond bağının yaradılmasına zərurət var. Trend-in məlumatına görə, bunu AMEA Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov “Nar bitkisi və məhsullarının multidissiplinar problemləri” mövzusunda respublika elmi-praktiki konfransında deyib.