"Yoldaşım deyirdi ki, utanıram" Ağır xəstəlikdən əziyyət çəkən Musa Yaqubun SON DURUMU VİDEO FOTO


Digərləri 02 Noy 2018 16:01:00 317 0

"Yoldaşım deyirdi ki, utanıram"  Ağır xəstəlikdən əziyyət çəkən Musa Yaqubun SON DURUMU  VİDEO  FOTO

Öz əlimə baxıram, tanımıram.

Son.az bildirir ki, ARB TV-nin "Səhər-Səhər" verilişində tanınmış şair Musa Yaqubun sağlıq durmu ilə bağlı süjet yayımlanıb. "Səhər-Səhər" komandası tanınmış şairi evində ziyarət edib. Musa Yaqub hazırda gəzə bilmədiyini və daha çox tənginəfəslikdən əziyyət çəkdiyini deyib: "Babatam. Çox ağır xəstəlik keçirdim, amma, sözün düzü, gedirdim. Məni millət qaytardı. Qocaların əllərinə baxanda deyirdim bu nədir, damarlar... Mənim əlim qəşəngdir. İndi öz əlimə baxıram, tanımıram. Rəhmətlik yoldaşım deyirdi ki, sənin saçlarından utanıram. Deyirdim, bala, niyə? Deyirdi ki, yaşıdlarının saçı ağdır, səninki qara. Elə bilirlər rəng qoymusan. Zəlimxan Yaqub, mən, Mikayıl Mirzə Türkiyədəydik. Hamamda məni güdürdülər ki, görək bunun saçı nə rəngdədir. Dedim, bala, mənim saçım rəng götürmür. Elə bir ağrım yoxdur, bir az tənginəfəslik var. Ayaqlarım Baba dağda o daş yoxdur ki, ayaqlamasın. Amma indi gəzə bilmirəm. Nə bilim?! Vallah, bilmirəm ki, özümə nə olub?!"


Xəbərə aid foto