Koreyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb


Digərləri 02 Noy 2018 15:49:00 246 0

Koreyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb

Nazir Elmar Məmmədyarov Koreyanın Azərbaycandakı səfiri Kim Çanq Gyunu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Bakı. Nazir Elmar Məmmədyarov Koreyanın Azərbaycandakı səfiri Kim Çanq Gyunu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, tərəflər görüşdə Azərbaycan və Koreya Respublikası arasında siyasi, iqtisadi, ticarət və digər sahələrdə əlaqələrin inkişafından məmnunluqla danışıb və bu əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar. Səfir Kim Çanq Gyu diplomatik fəaliyyəti müddətində Azərbaycan tərəfindən ona göstərilən dəstəyi xüsusilə vurğuladı və bu xüsusda öz təşəkkürünü ifadə edib. E.Məmmədyarov səfirə gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu edib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin