Xəzərdə nərəcinsli balıqların sənaye ovuna moratoriumun qoyulması ilə bağlı sənəd imzalana bilər - Noyabrda


Digərləri 02 Noy 2018 15:30:00 241 0

Xəzərdə nərəcinsli balıqların sənaye ovuna moratoriumun qoyulması ilə bağlı sənəd imzalana bilər - Noyabrda

Noyabrda Xəzərdə nərəcinsli balıqların sənaye ovuna moratoriumun qoyulması ilə bağlı sənəd imzalana bilər

Bakı. İlhamə İsabalayeva - Xəzər dənizinin Su bioloji resurslarının mühafizə olunması, səmərəli istifadəsi və onların birgə ehtiyatlarının idarə olunması üzrə Komissiyasının bu ilin noyabr ayında keçiriləcək ikinci sessiyasında Xəzərdə nərəcinsli balıqların sənaye ovuna moratoriumun qoyulması barədə hökumətlərarası sazişin imzalanacağı gözlənilir. Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundov deyib. Onun sözlərinə görə, moratorium 5, yaxud 10 il ola bilər. M.Axundov deyib ki, Xəzərdə nərəcinsli balıqların sənaye ovuna moratorium qoyulmalıdır. Hazırda nərəcinsli balıqların ovlanması çox cüzi həcmdə yalnız elmi tədqiqatlar aparılır. Dünya üzrə də balıq ovu həcminin azaldığını deyən M.Axundov hesab edir ki, ekosistemin qorunması üçün Xəzərdə balıqların ovlanma kvotası azaldılmalı, akvakultura inkişaf etdirilməlidir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin