Milli Məclisdə müzakirələr: "Siqaretin kino yaradıcılığına nə dəxli var?"


Digərləri 02 Noy 2018 13:10:00 247 0

Milli Məclisdə müzakirələr: "Siqaretin kino yaradıcılığına nə dəxli var?"

"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında", "Tütün və tütün məmulatı haqqında", "Televiziya və radio yayımı haqqında", "İctimai televiziya və radio yayımı haqqında" qanun layihələrinin müzakirəsi zamanı Milli Məclisin deputatları məsələlərə fərqli münasibət bildiriblər.

Son.az Trend-ə istinadən xəbər verir ki, iclasda layihələri təqdim edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov bildirib ki, kino və teatr səhnəsində siqaretə qadağanın tətbiqi Azərbaycanda kino yaradıcılığına ziddir: "Hollivud tərəfindən yüzlərlə filmdə tütün məhsullarından istifadə edilib".

ABŞ, Fransa və digər ölkələrin təcrübələrindən misal gətirən R.Hüseynova Milli Məclisin sədri Oqtay Əsədov tərəfindən irad tutulub: "Bura nə ABŞ-dır, nə də Hollivud. Bura Azərbaycandır və qanun layihəsi də III oxunuşa çıxarılır".