Tramp ABŞda miqrantlara sığınacaq verilməsi siyasətini sərtləşdirmək niyyətindədir


Dünya 02 Noy 2018 13:17:00 261 0

Tramp ABŞda miqrantlara sığınacaq verilməsi siyasətini sərtləşdirmək niyyətindədir

ABŞ-da miqrantlara sığınacaq verilməsi üzrə yeni planın gələn həftə icra qaydası qəbul edilə bilər.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ evdə jurnalistlərə açıqlamasında bildirib.

"Bu plana əsasən, əcnəbilər artıq sığınacaq üçün əsassız müraciətlər etməklə qanunsuz şəkildə ölkəyə sərbəst giriş əldə edə bilməyəcəklər", - D.Tramp deyib.

O bildirib ki, plana uyğun olaraq, sığınacaq almaq üçün müraciətlər artıq yalnız ABŞ-a giriş nöqtələrində təqdim edilə bilər.