Adambaşına 966,2 ABŞ dolları xarici borcumuz var


Digərləri 02 Noy 2018 12:42:00 210 0

Adambaşına 966,2 ABŞ dolları xarici borcumuz var

2018-ci il 1 iyul tarixinə beynəlxalq maliyyə-bank qurumları və digər kredit təşkilatları ilə imzalanmış sazişlər əsasında istifadə olunmuş kreditlər üzrə Azərbaycan Respublikasının xarici dövlət borcunun ümumi məbləği 9 milyard 600 milyon 200 min ABŞ dolları (16 milyard 320 milyon 300 min manat) təşkil edir.

Son.az modern.az-a istinadən xəbər verir ki, bu barədə "2019-cu ilin büdcə zərfi"ndə qeyd edilib.

Bildirilir ki, imzalanmış sazişlər üzrə istifadə edilmiş kreditlərə görə xarici dövlət borcu ÜDM-in 21,9 faizini təşkil edib, adambaşına düşən xarici dövlət borcu isə 966,2 ABŞ dolları olub. 

Ölkəyə cəlb edilmiş kreditlərin 47,1 faizini sabit dərəcə ilə olan kreditlər, 52,9 faizini isə dəyişən dərəcə ilə olan kreditlər təşkil edir.