Əli Hüseynli: "Son illərdə 100dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb"


Digərləri 02 Noy 2018 12:26:04 280 0

Əli Hüseynli: "Son illərdə 100dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb"

Son dövrlər Azərbaycanda korrupsiyaya və neqativ hallara qarşı mübarizənin gücləndiririlməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən verilən tapşırıq və tövsiyələr məhkəmə-hüquq sistemindən də kənarda qalmayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Onun sözlərinə görə, Məhkəmə-Hüquq Şurasının fəaliyyəti dövründə 230-dan artıq hakim barədə intizam icraatı başlanılıb, qanun pozuntusu və digər neqativ hallara yol verdiyinə görə 100-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb.