Dövlət sərhədini pozan müəssisə rəhbəri narkotiklə saxlanılıb


Digərləri 02 Noy 2018 11:17:12 239 0

Dövlət sərhədini pozan müəssisə rəhbəri narkotiklə saxlanılıb

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.

Bakı. Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir. DSX-dən Trend-ə verilən məlumata görə, 2018-ci ilin 31 oktyabr tarixində Dövlət Sərhəd Xidməti əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən AR-nın Cinayət Məcəlləsinin 179.3.1-ci və 179.3.2-ci maddələri ilə təqsirli bilinən, barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və axtarışda olan “AMAY” MMC tərəfindən İranda təsis edilmiş “Azər Caspian İran” şirkətinə məxsus müəssisələrə rəhbərlik edən 20.10.1976-cı il təvəllüdlü Bayramov Nizami İmran oğlu Yardımlı rayonu ərazisində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozarkən saxlanılıb.