Özünü sapanda qoyan model ağacdan asılı vəziyyətdə qaldı VİDEO FOTO


Digərləri 02 Noy 2018 10:47:00 270 0

Özünü sapanda qoyan model ağacdan asılı vəziyyətdə qaldı  VİDEO  FOTO

Reklam çəkilişi zamanı onurğası zədələnən model xəsarət aldığı anın görüntülərini sosial şəbəkədə paylaşıb.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, model Maura Bellagamba özünü hündür ağaclara birləşdirilmiş iri sapanda bərkidib, sonra da ciplə dartdırıb. Lakin aparıcının hazırlıqsız anında ip cipin arxasından açılır və o, yüksək sürətlə sağa sola hərəkət edir.

Bu vəziyyətlə qarşılaşan hadisə şahidləri gülüşlərinə hakim ola bilməyiblər. Lakin modelin xəsarət alacağını düşünməyiblər.

Görüntüləri sosial şəbəkədə paylaşan model Instagram hesabında yazıb:

"Reklam çəkilişi üçün test edirdik. Amma mənim hazırlıqsız anımda ip açıldı. Çox qorxmuşdum, elə bildim öləcəm. Məni sevgilim xilas etdi".


Xəbərə aid fotolar