“Beauty Star” layihəsinin qala gecəsi baş tutdu" FOTO


Şou-biznes 02 Noy 2018 09:53:00 307 0

“Beauty Star” layihəsinin qala gecəsi baş tutdu"  FOTO

Çoxdan gözlənilən və moda dünyasının diqqət mərkəzində olan “Beauty Star” layihəsinin qala gecəsi baş tutub

Çoxdan gözlənilən və moda dünyasının diqqət mərkəzində olan "Beauty Star" layihəsinin qala gecəsi baş tutub.

Son.az xəbər verir ki, tədbirdə ilin trend saç düzümləri, make up-ı, fashion geyimləri , nail art ustası, bir sözlə, gözəlliklə bağlı ilin trendi bəlli oldu.

Yarışmaya paytaxt Bakıdan əlavə, regionlardan qoşulan iştirakçılar da olub. Bir-birindən maraqlı hadisələrlə və sürprizlərlə yadda qalan gecədə tanınmış mügənnilər, stilistlər, vizajistlər, aktyorlar, blogerlər iştirak ediblər. 

Münsiflər heyyətində xalq artisti Məleyke Əsədova, əməkdar artist Rəşad İlyasov, Nigar İbrahimova , Elnarə Rzayeva, Samiraldo, Güllər Paşayeva və başqa tanınmış simalar yer alıblar. 

Make up kateqoriyası üzrə 1-ci yeri Şahnaz Məmmədova, Hair Stilist kateqoriyası üzrə 1-ci yeri Arzu Nəcəfova tutub.