"Apple" məşhur məhsulunu “dəfn etdi”


Digərləri 02 Noy 2018 08:30:00 265 0

"Apple" məşhur məhsulunu “dəfn etdi”

"Apple" şirkəti "iPhone 5" məhsullarını köhnəlmiş qurğular siyahısına daxil edib.

Son.az Trend-ə istinadən bildirir ki, sözügedən smartfonu Amerika korporasiyasının rəsmi servis mərkəzlərində artıq təmir etdirmək mümkün olmayacaq.

"Apple" şirkəti öz qadcetlərinin işini onların istehsalı dayandırıldıqdan sonrakı beş il ərzində dəstəkləyir.