Beynəlxalq Muğam Mərkəzində "Dastan gecələri"


Digərləri 02 Noy 2018 04:41:22 256 0

Beynəlxalq Muğam Mərkəzində "Dastan gecələri"

Beynəlxalq Muğam Mərkəzində “Dastan gecələri” layihəsi çərçivəsində "Aşıq Alının Türkiyə səfəri" dastanı təqdim olunub.

Bakı. Beynəlxalq Muğam Mərkəzində “Dastan gecələri” layihəsi çərçivəsində "Aşıq Alının Türkiyə səfəri" dastanı təqdim olunub. Trend-in məlumatına görə, tədbir Beynəlxalq Muğam Mərkəzinin, “Mədəniyyət” televiziya kanalının və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun birgə layihəsi çərçivəsində həyata keçirilib. Tədbirdə AMEA Folklor İnstitutunun şöbə müdiri, əməkdar mədəniyyət işçisi Elxan Məmmədli çıxış edərək aşıq sənətinin təbliği baxımından layihənin əhəmiyyətindən danışıb və təşkilatçılara təşəkkürünü bildirib. O qeyd edib ki, aşıq sənəti Azərbaycan xalq yaradıcılığının qədim tarixi köklərə malik hussəsi olaraq, müxtəlif mərhələlərdən keçmiş və xalqımızın bir çox qeyri-maddi mədəni dəyərlərini özündə cəmləşdirib. Sonra tamaşaçılara aşıq Bəhmən Göyçəli, aşıq Firudin Göyçəli və balabanda Əziz Göyçəlinin ifasında “Aşıq Alının Türkiyə səfəri” dastanı təqdim olunub.