Günün qoroskopu: ünsiyyət üçün əlverişli zamandır


Digərləri 02 Noy 2018 00:01:00 289 0

Günün qoroskopu: ünsiyyət üçün əlverişli zamandır

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - hisslərinizi cilovlayın, emosiyalarınıza nəzarət edin. İdeyalarınız istədiyiniz kimi yaxşı deyil və gözləntilərinizə cavab vermir. Ehtiyatı əldən verməyin. Tələsik davransanız, problemlər yaranacaq. Onları isə həftənin sonunadək çözmək məcburiyyətində qalacaqsınız.

Günün ikinci yarısında iradəniz zəif olarsa, çox pul xərcləyəcəksiniz. Əyləncəni unudun. Maraqlı işlə məşğul olmaq mümkündür.

Buğa - peşəkar fəaliyyət müstəvisində asanlıqla uğur qazana bilərsiniz. İş yerində rəhbərlik məqsədyönlü fəaliyyətinizi sezəcək. Nüfuzlu insanlardan dəstək ala bilərsiniz. Kiçik səhvlərin fəsadlarını aradan qaldırmaq olar. Ciddi yanlışlıqlara yol verməyin.

Günün ikinci yarısında işlə bağlı planları qeyri-formal şəraitdə müzakirə etmək olar. Bunu etsəniz, yaxşı məsləhət və real dəstək alacaqsınız.

İşdə və evdə yaxşı ideyalarınızla ətrafınızdakı insanları heyrətləndirin. Yaşam arealının yenilənməsi, təmirə başlamaq üçün münasib zamandır. Yaxınlarınız sizi dəstəkləyəcəklər.

Əkizlər - yaşamın bir çox sahələrində müsbət dəyişikliklər olacaq. Təşəbbüskar olmaqdan çəkinməyin. Məhz aktivliyiniz sayəsində məqsədə çata bilərsiniz.

Anlaşma, sövdələşmə, danışıqlar və müzakirələr üçün münasib zamandır. İşgüzar intuisiyanız sizi aldatmasın.

Səfər pis alınmayacaq.

Günün ikinci yarısında yaxınlarınızla təmaslar əhvalınızı yaxşılaşdıracaq. Tərəfdaş və şəriklərlə asanlıqla dil tapın. Qəfil etiraf istisna deyil. Axşam saatlarındakı tanışlığın perspektivi yoxdur.

Xərçəng - çox məhsuldar zamandır. Rutin, yeknəsək işlərin görülməsinə də yaradıcı yanaşın. Belədə ətrafınızdakılarla müqayisədə problemləri daha keyfiyyətli və sürətli şəkildə həll edə biləcəksiniz. İşgüzar tanışlıq asanlıqla baş tutacaq. Təmaslar faydalı olacaq.

Günün ikinci yarısında sonradan etibarlı müttəfiqə çevriləcək insanla qarşılaşacaqsınız.

Yaxınlarınızla münasibətlərinizi rəvan və harmonik edin. Qarşılıqlı anlaşmaya nail olun. Son vaxtlar normal ünsiyyətə mane olan fikir ayrılıqları və problemləri çözün.

Axşam saatlarında əyləncə məkanına yollanmaq olar.

Şir - asan, əlverişli zamandır. Yarımçıq işləri başa vurun. İstirahət və əyləncələri təxirə salın. Həddən arıtq çətin işləri birlikdə yerinə yetirmək gərəkdir.

Alış-verişdə bədxərclik etməyin. Böyük məbləğdə məsrəfləri ertələyin.

Günün ikinci yarısı romantik təmaslar üçün əlverişli deyil. Sevdiyiniz insanı sevindirsəniz, yetər. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər yaranmayacaq.

Qız - eyni vaxtda bir neçə mürəkkəb işin öhdəsindən gəlməli olacaqsınız. Yardım təklifi gələndə isə işlərin ən ağır, çətin mərhələsi artıq geridə qalmış olacaq. Qıcıqlı, əsəbi olmayın. Təmkinli davranın. Sizi nə kimi hisslərin çulğaladığını yalnız ən yaxın adamlarınız bilməlidir.

Günün ikinci yarısında planları yeniləmək gərəkdir. Qüvvə və imkanlarınız hədsiz deyil. Fəaliyyətin intensivliyini bir qədər azaldın.