Dünya kinosunun ən yaxşı filmləri


Digərləri 01 Noy 2018 23:05:00 308 0

Dünya kinosunun ən yaxşı filmləri

BBC Mədəniyyət dünya kinosunun bu günə kimi ərsəyə gəlmiş, qeyri-ingilisdilli ən yaxşı filmlərini müəyyən etmək üçün 43 ölkədən olan 209 film tənqidçisinə müraciət edib. Beləliklə, ilk 100-yə daxil olan filmlər...

Sorğuda iştirak edən tənqidçilərin hər birindən dünya kinosunda ən çox bəyəndikləri 10 filmi sadalamaqları istənilib. Siyahıda daha çox yer alan filmlər, ardıcıllığa görə ilk 100-lükdə yerini alıb.

Bu 100 film 24 ölkə, 19 dil və 67 rejissora aiddir. Siyahıya daxil olan filmlərin 27-si fransız, 12-si Çin və 11-i isə italyan və yapon dilindədir.

Film tənqidçilərinin 94-ü qadın olsa da, ilk 100-lüyə daxil olan filmlərin sadəcə dördü qadın rejissora məxsusdur. Siyahının dörddə biri Qərbi Asiya filmlərindən ibarətdir.

Siyahıya başçılıq edən film də yapon rejissoru Akira Kurosawa-nın 1954-cü ildə çəkdiyi "Yeddi samuray" filmidir.

Maraqlısı odur ki, dünyanın hər yerindən olan tənqidçilər bu filmi siyahısına daxil etsə də, altı yapon tənqidçisinin siyahısında Kurosawa-nın bir dənə də olsun filmi yer almayıb.

Siyahı bir daha göstərir ki, gözəl bir filmin ləzzətini hiss etmək üçün sərhədlər və dil maneə deyil. Bir ölkəyə məxsus film təbii olaraq oranın tarixini və şəxsiyyətini əks etdirsə də, kinonun universal bir dili var.

BBC Mədəniyyətin sorğusu ortaya bir şeylər qoymaqla yanaşı müzakirələr yaratmaq məqsədi də daşıyır. Bu, mütləq siyahı deyil və hamını məmnun etməyin mümkün olmadığı da məlumdur.

Beləliklə, dünya kinosunun ən yaxşı 100 filminin siyahısı...

Yapon rejissoru Akira Kurosawa siyahıda 4 filmiylə yer alıb

1. Yeddi Samuray (Seven Samuari - Akira Kurosawa, 1954)

2. Velosiped oğruları (Bicycle Thieves - Vittorio de Sica, 1948)

3. Tokio hekayəsi (Tokyo Story - YasujirôOzu, 1953)

4. Rashomon (Akira Kurosawa, 1950)

5. Oyunun qaydası (The Rules of the Game - Jean Renoir, 1939)

6. Persona (Ingmar Bergman, 1966)

7. 8 1/2 (Federico Fellini, 1963)

8. 400 Zərbə (The 400 Blows - François Truffaut, 1959)

9. Sevgi zamanı (In the Mood for Love - Wong Kar-wai, 2000)

10. Şirin həyat (La Dolce Vita - Federico Fellini, 1960)

11. Nəfəssiz sevgililər (Breathless - Jean-Luc Godard, 1960)

12. Əlvida kənizim (Farewell My Concubine - Chen Kaige, 1993)

13. M (Fritz Lang, 1931)

14. Jeanne Dielman, 23 Commerce Quay, 1080 Brussels (Chantal Akerman, 1975)

15. Pather Panchali (Satyajit Ray, 1955)

16. Metropolis (Fritz Lang, 1927)

17. Aguirre: Tanrının Qəzəbi (Aguirre, the Wrath of God - Werner Herzog, 1972)

18. Məyusluq şəhəri (A City of Sadness, Hou Hsiao-hsien, 1989)

19. Əlcəzair Müstəqillik Müharibəsi (The Battle of Algiers - GilloPontecorvo, 1966)

20. Güzgü (The Mirror - Andrei Tarkovsky, 1974)

21. Ayrılıq (A Separation - AsgharFarhadi, 2011)

22. Pan-ın cəngəlliyi (Pan's Labyrinth - Guillermo del Toro, 2006)

23. Jeanne D'arc-ın Əzabı (The Passion of Joan of Arc - Carl Theodor Dreyer, 1928)

24. Potemkin Zırehlisi (Battleship Potemkin - Sergei M Eisenstein, 1925)

25. Yi Yi (Edward Yang, 2000)

İsveçli rejissor İngmar Bergman-ın 5 filmi siyahıya daxil olub

26. Cənnət Sineması (Cinema Paradiso - Giuseppe Tornatore, 1988)

27. Arı Pətəyinin Ruhu (The Spirit of the Beehive - Victor Erice, 1973)

28. Fanny and Alexander (Ingmar Bergman, 1982)

29. Yaşlı cavan oğlan (Oldboy - Park Chan-wook, 2003)

30. Yeddinci Möhür (The Seventh Seal - Ingmar Bergman, 1957)

31. Başqalarının həyatı(The Lives of Others - Florian Henckel von Donnersmarck, 2006)

32. Anam haqqında hər şey (All About My Mother - Pedro Almodóvar, 1999)

33. Oyun vaxtı (Playtime - Jacques Tati, 1967)

34. Arzunun qanadları / Berlin üzərindəki səma (Wings of Desire - WimWenders, 1987)

35. Leopard (The Leopard - Luchino Visconti, 1963)

36. Böyük İllyuziya (La Grande Illusion - Jean Renoir, 1937)

37. Ruhların Qaçışı (Spirited Away - Hayao Miyazaki, 2001)

38. Daha parlaq yay günü (A Brighter Summer Day, Edward Yang, 1991)

39. Yaxın çəkiliş (Close-Up - Abbas Kiarostami, 1990)

40. Andrey Rublev (Andrei Tarkovsky, 1966)

41. Yaşamaq (To Live - Zhang Yimou, 1994)

42. Allahlar şəhəri (City of God - Fernando Meirelles, Kátia Lund, 2002)

43. Gözəl iş (Beau Travail - Claire Denis, 1999)

44. 5-dən 7-yə Cleo (Cleo from 5 to 7 - AgnèsVarda, 1962)

45. L'Avventura (Michelangelo Antonioni, 1960)

46. Cənnətin uşaqları (Children of Paradise - Marcel Carné, 1945)