Namaz zamanı adama salam versələr, salamın cavabını ala bilərmi?


Digərləri 01 Noy 2018 21:15:00 294 0

Namaz zamanı adama salam versələr, salamın cavabını ala bilərmi?

Namaz qılan şəxsə başqası salam versə, onun salamına cavab verməlidir. Salamın cavabını vermək hər zaman, hətta namazda da vacibdir. Namaz qılarkən ona verilən salamı cavabsız qoyan adam günah etsə də, namazı düzgün sayılır. Salamı, verildiyi şəkildə, heç nə artırmadan və dəyişmədən cavablandırmaq lazımdır. Məsələn, "salamün əleyk" şəklində salam verilibsə, olduğu kimi də qaytarılmalıdır, "əleykümüs-salam" söyləmək, buna "və rəhmətullahi və bərəkatuh" kimi sözlər əlavə etmək bəyənilmir. Zarafat məqsədilə verilən salamın cavabını söyləmək vacib deyil. Eləcə də, əgər namaz qılan şəxs bir neçə adamla birlikdə eyni məkanda olsa, kənardan bir nəfər onlara ümumi salam versə və oradakı adamlardan biri salamı cavablandırsa, namaz qılanın cavab verməsi lazım deyil.