Azərbaycanda 950dək partlamamış


Digərləri 01 Noy 2018 21:16:00 244 0

Azərbaycanda 950dək partlamamış

Oktyabrda Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Ağcabədi, Ağdam, Ağstafa, Beyləqan, Biləsuvar, Cəbrayıl, Daşkəsən, Füzuli, Qaradağ, Qax, Qazax, Salyan, Tərtər, Xızı, Xocavənd rayonlarında, Bakı və Gəncə şəhərlərində 451 min 263 kvadratmetr ərazi yoxlanılıb. Ay ərzində 948 ədəd partlamamış hərbi sursat və piyada əleyhinə bir mina aşkarlanaraq zərərsizləşdirilib.

Son.az-a ANAMA-dan verilən məlumata görə, əməliyyatlara 482 nəfərlik əməliyyat heyəti, 135 nəfərlik inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it cəlb olunub.

İndiyədək cəmi 531 milyon 64 min 537 kvadratmetr ərazi təmizlənib, 800 min 592 ədəd mina və partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib.