Ruhani: Qarşıdan çətin aylar gəlir


Dünya 01 Noy 2018 21:05:00 254 0

Ruhani: Qarşıdan çətin aylar gəlir

İran prezidenti Həsən Ruhani deyib ki, ABŞ-ın gələn həftənin bazar ertəsi günü yeni sanksiyalarının tətbiq edilməsindən sonra iranlılar qarşıdan gələn aylar daha çox çətinliklərlə qarşıla bilər.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, kabinetinin iclasında danışan Ruhani deyib: "Son aylar insanların vəizyyəti ağır olub və növbəti bir neçə ay da çətin ola bilər." Ruhaninin çıxışı televiziyada canlı yayımlanıb.

Birləşmiş Ştatlar prezident Donald Trampın Tehranla dünya qüdrətləri arasında 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxdığını elan etməsindən sonra İrana qarşı sanksiyaları bərpa edib.

Bazar ertəsi ABŞ-ın İranın neft və qaz sektorunu hədəf alan sanksiyaları qüvvəyə minir.