Avro ucuzlaşır "Qara günlər" nə vaxta kimi davam edəcək?


Digərləri 01 Noy 2018 16:15:00 294 0

Avro ucuzlaşır  "Qara günlər" nə vaxta kimi davam edəcək?

Avrozonada mövcud siyasi və iqtisadi dəyişikliklər avronun kursunun azalmasına səbəb olub.

Son.az xəbər verir ki, bunu barədə tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.

Ekspert səbəblər sırasında aşağıdakıları qeyd edib: "Avrozona üçün 2018-ci ilin 9 ayının nəticələri proqnozlaşdırılandan xeyili bədbin olub. Zonada cəmi 0,2 faiz iqtisadi artım qeydə alınıb. Buna rəğmən inflyasiya göstəricisi gözləniləndən daha yüksəkdir. Bu arada Almaniya kanslerinin seçkilərdə iştirak etməyəcəyini bəyan etməsi də birjaya təsirsiz ötüşməyib. Avrozona gündəmini tutan İtaliyanın populist büdcəsi də avronu sarsıdan səbəblərdən hesab edilir".