Ekspert: "Doing Business" hesabatında Azərbaycanın irəliləməsi aparılan islahatların öz bəhrəsini verdiyini göstərir


Digərləri 01 Noy 2018 16:02:00 258 0

Ekspert: "Doing Business" hesabatında Azərbaycanın irəliləməsi aparılan islahatların öz bəhrəsini verdiyini göstərir

"Doing Business-2019" hesabatında Azərbaycanın irəliləməsi aparılan islahatların öz bəhrəsini verdiyini göstərir.

Bakı. Samir Əli - "Doing Business-2019" hesabatında Azərbaycanın irəliləməsi aparılan islahatların öz bəhrəsini verdiyini göstərir. Bunu Trend-ə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib. V.Rəhimzadə qeyd edib ki, bu gün dünya miqyasında inkişafın Azərbaycan modeli bir nümunəyə çevrilib: "Bütün sahələrdə tətbiq olunan innovasiyalar, həyata keçirilən təkmil islahatlar beynəlxalq aləmdə ölkəmizin siyasi çəkisini, iqtisadi gücünü durmadan artırır. Təbii ki, bu inkişaf beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapır. Bu günlərdə yayılan Dünya Bankının “Doing Business-2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı ölkəsi sırasına daxil edilib. Hesabatda ölkəmiz dünyanın ən çox islahat aparan dövləti kimi qeyd edilib. Azərbaycan “Doing Business-2019” hesabatında 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yeri tutub, bununla da bir çox ölkələri geridə qoyaraq MDB məkanında lider mövqeyə yüksəlib. Rəqəmlərdən də göründüyü kimi, ölkəmiz böyük inkişaf yolu keçib. Bu inkişafı şərtləndirən mühüm amillər var. Bu amillərin önündə isə düşünülmüş və gələcəyə hesablanan məqsədyönlü siyasi strategiya dayanır. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təkmil islahatlar nəticəsində “Doing Business-2019” hesabatında ölkəmizin əksər indikatorlar üzrə mövqeyi daha üst səviyyəyə qalxıb".