"Qarabağ" Tofiq Bəhramov stadionuna qayıdır


Digərləri 01 Noy 2018 16:04:56 284 0

"Qarabağ" Tofiq Bəhramov stadionuna qayıdır

“Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət ünvanlayıb.

Bakı. “Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət ünvanlayıb. Trend-in PFL-ə istinadən verdiyi məlumata görə, müraciətdə ev oyunlarının keçirildiyi “Azersun Arena”nın işıqlandırma sistemində nasazlıqlar yarandığına və təmirə ehtiyac duyulduğuna görə “Qarabağ” və “Qarabağ-2” komandalarının növbəti matçlarının yerinin dəyişdirilməsi xahiş olunub.