“Bakıdan Dubaya yarımlüt şəkillər göndərir, qiymət danışırlar”


Digərləri 01 Noy 2018 15:06:00 277 0

“Bakıdan Dubaya yarımlüt şəkillər göndərir, qiymət danışırlar”

Son vaxtlar adı krimanogen hadisələrdə hallanan, dələduzluq, insan alverinə görə həbsə düşən sənət adamlarının sayı artmaqdadır.

Maraqlısı budur ki, bu cür insanlar mütəmadi olaraq, efirlərdə müxtəlif müzakirələrdə iştirak edir, hətta sadə vətəndaşlara televiziyadan məsələhətlər də verir, az qala dərs keçirlər. Ailəsi olmayan ailə dəyərlərindən, əxlaqı olmayan əxlaqdan, şərəfi olmayan şərəfdən, vicdanı olmayan vicdandan, övladının harada necə böyüməsindən xəbəri olmayanlar atalıq-analıqdan dəm vurur...

Sənət aləmindən olan kəslərlə bağlı sonuncu belə hal oktyabrın 30-da Nərimanov rayon Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə baş verib. Belə ki, Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilən tanınmış prodüsser Təranə Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib.

"Qadınlar çox vaxt aldadılaraq, fahişəliyə cəlb olunur"

Son.az xəbər verir ki, məsələ ilə bağlı modern.az-a danışan keçmiş kriminalist Mahmud Hacıyev problemin kökünü açmağa çalışıb. O, indiki situasiyanı Sovet dövrü ilə müayisə edib:

"Sovet dövründə və müstəqilliyimizin ilk illərində belə hallar yox idi. Çünki sərhədlər bağlı idi. Necə deyərlər, sərhəddən uçanda quş da qanad salırdı. 15 müttəfiq respublika üçün xaricə çıxış bağlı idi. Bu, məsələyə böyük təsir edirdi. Hətta cinayət qanunvericiliyində insan alverilə bağlı xüsusi maddə yox idi. İndiki halda bunu məcazi anlamda "texnoloji cinayət" maddəsi də adlandırmaq olar. Müstəqillik əldə ediləndən sonra sərhədlər açıldı, mobil telefonlar, internetə çıxış imkanları yarandı, müxtəlif sosial şəbəkələr - "Facebook", "Whatsapp" açıldı. Nəticədə insanların bir-birilə ünsiyyət asanlaşdı, hər şey əlçatan oldu. Sərhədlər açılandan sonra Azərbaycanın xaricə giriş-çıxış üçün 8 qapısı oldu. Bütün bunlar belə cinayətlərin artmasına mütləq təsir göstərdi. İnsan alveri necə başalyır? Qadınlar bəzən könüllü, bəzən də aldadılaraq iş, yaxud hansısa bir məsələ üçün xaricə aparılır. Sonradan məlum olur ki, xaircə aparılan qadınlar cinsi istismara məruz qalır, fahişəliyə cəlb olunur, yaxud qul kimi onların əməyindən geniş istifadə edilir".

"Bəziləri burda oturub xaricdəkinə müxtəlif pozada şəkil göndərir"

Keçmiş polis zabiti bildirir ki, texnologiya insan alveri cinayətlərinin artmasında böyük rol oynayır:

"Sual oluna bilər niyə? İnsanlar başqa-başqa ölkələrdə oturub bir-birinə müxtəlif pozalarda çəkilmiş şəkillərini, "20 voltluq faza" göndərir. Bu cür əlaqələr məhz bu maddə üzrə cinayətlərin artmasına təsir göstərir. Belə halların artımından sonra anladılar ki, Cinayət Məcəlləsində boşluq var. Ona görə də qanunvericiliyə belə bir maddə əlavə elədilər. Amma insan alverilə bağlı maddənin əlavə olunması, yaxud hansısa əmələ görə cəza tətbiq edilməsi o demək deyil ki, sən onun qarşısını alırsan. Stalin dövrünün şüarı idi ki, "maddə nə qədər çox, cəza nə qədər yüksək olarsa, həmin əməlin qarşısını almaq olar".

Maddələrin sayını artır, lap cəza müddətini də artır, 1 il vermə 18 il ver, sürgün elə, dəxli yoxdur bunlar baş alıb gedəcək. Çünki problemin həlli bu deyil. Belə  əməllərdə insan faktorunu əsas götürmək lazımdır. İnsanları buna təşviq edən psixologiyasıdırmı, onun tərbiyəsidirmi, intellektidirmi, ailəsindən gördüyü tərbiyəsidirmi, onun sosial-iqtisadi problemləridirmi və s. Yalnız bu kontekstdən yanaşdıqda, sayda azalmaya nail olmaq mümkündür".