Bakıda 5 nəfərin ölümündə təqsirləndirilən sürücünün məhkəməsi başladı


Digərləri 01 Noy 2018 14:03:00 242 0

Bakıda 5 nəfərin ölümündə təqsirləndirilən sürücünün məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda 5 nəfərin ölümündə təqsirləndirilən sürücü Heydər Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatət qaldırıb. Vəkil bildirib ki, iş üzrə ibtidai istintaq qərəzli aparılıb və təqsirlənditrilən şəxsə qanunsuz ittihamlar irəli sürülüb. Buna görə də cinayət işi yenidən prokurorluğa qaytarılmalıdır. Vəsatət qəbul olunub və noyabrın 5-də məhkəmə vəsatətlə bağlı qərar açıqlayacaq.

Xatırladaq ki, ötən il dekabrın 5-də Qaradağ rayonunda "Mercedes" markalı yük avtomobili və "Mercedes" markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində minik avtomobilinin sürücüsü Hüseynov Sakit Nuru oğlu və sərnişinlər Hüseynova Cənnət İntamız qızı, Hüseynova Telnaz Şiraslan qızı, Hüseynova Samirə Sakit qızı və Hüseynova Selcan Vüqar qızı hadisə yerində ölüb.