Azərbaycanda ingilis dilini çox pis bilirlər


Digərləri 01 Noy 2018 13:28:51 251 0

Azərbaycanda ingilis dilini çox pis bilirlər

Azərbaycan ingilis dilinə bələd olma səviyyəsinə görə dünya ölkələrinin sıralandığı reytinqdə 77-ci yeri tutub.

Son.az bildirir ki, İsveçrənin məşhur "EF Education First" şirkəti 8 ildən bəri hər il ingilis dilinə bələd olma səviyyəsinə görə ölkələrin reytinqini hazırlayır. Builki reytinqdə 88 ölkə və region var.

İl başlayandan bəri həmin ölkələrdə şirkətin əməkdaşlarının keçirdikləri testlərdə ingilis dilinin daşıyıcıları olmayan 1,3 milyon nəfər iştirak edib.

Azərbaycanda keçirilmiş testlərin nəticələrinə görə ölkəmizə 45,85 bal verilib. Kişilər arasında orta göstərici 43, 65 bal, qadınlar arasında 46,59 olub.

Hesabat müəllifləri Azərbaycanda ingilis dilinə bələd olma səviyyəsini "çox aşağı" dəyərləndiriblər.