“Ona salam vermirəm...”


Şou-biznes 01 Noy 2018 12:45:00 283 0

“Ona salam vermirəm...”

Ailədə anlaşılmazlıq ola bilər. Biz düşməncəsinə ayrılmamışıq. Bəlkə də, qızımız olmasaydı, aramızda "salam- sağ ol" olmayacaqdı. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu "Bizimləsən" proqramına qonaq olarkən deyib. 

O, verilişdə birinci əri barədə danışıb: "Bu gün ona salam verməsəm də, bilirəm qızımla nəfəs alır. Hər ikisi bir-birini çox istəyir. Mənim borcumdir ki, onların əlaqə yaratmasına şərait yaradım. İndiki həyat yoldaşım da qızıma deyir ki, Günel, o, sənin atandır. Beş ildir ki, həyat yoldaşım Güneli əlinin içində saxlayır".