İŞİDin qurban seçəcəyi növbəti ölkənin adı açıqlandı


Dünya 01 Noy 2018 11:28:00 329 0

İŞİDin qurban seçəcəyi növbəti ölkənin adı açıqlandı

ABŞ-ın National Interest nəşri iddia edir ki, İŞİD terror təşkilatının mövqelərini möhkəmlədə biləcəyi növbəti ölkə İordaniya ola bilər.

Son.az oxu.az-a istinadən xəbər verir ki, nəşrdə yer alan məqalənin müəlliflərinin fikrincə, İordaniya bölgədə ABŞ-ın əsas tərəfdaşı olsa da, Krallıq ciddi təhlükədədir.

Qeyd olunur ki, İŞİD-in əcnəbi döyüşçüləri arasında say baxımından iordaniyalılar üçüncü yerdədir. Onların sayı 3 min nəfərdir. Ehtimal olunur ki, İŞİD-in Suriya və İraqda məğlub olması səbəbindən döyüşçülər öz ölkəsinə qayıdacaqlar. Real hərbi əməliyyatlarda təcrübə toplamış terrorçular ölkə daxilində ciddi təhlükə mənbəyinə çevriləcək.