TürkPAnın yubiley toplantısının yeri və vaxtı məlum oldu


Digərləri 01 Noy 2018 10:43:00 307 0

TürkPAnın yubiley toplantısının yeri və vaxtı məlum oldu

Azərbaycan Milli Məclisində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Hüquqi məsələlər və beynəlxalq əlaqələr komissiyasının altıncı iclası keçirilib.

Son.az xəbər verir ki, Milli Məclisdən Trend-ə verilən məlumata görə, Türkiyə Böyük Millət Məclisinin üzvü, komissiyanın sədri İsmət Uçmanın sədrlik etdiyi iclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan parlament nümayəndələri və ekspertlər iştirak ediblər.

İ.Uçma qeyd edib ki, keçən 10 il ərzində TürkPA üzvləri tərəfindən bir çox uğurlara imza atılıb: "Keçirilən toplantılar, müxtəlif mövzulardakı konfranslar, təcrübə mübadiləsi sayəsində qardaş ölkələrimiz arasında parlament səviyyəsində əməkdaşlığın daha da genişləndirilməsi çox əhəmiyyətlidir. Bu il noyabrın 20-də İzmirdə TürkPA-nın 10 illiyi qeyd ediləcək. Ümid edirəm ki, 10 il ərzində gördüyümüz işlər gələcək üçün yol xəritəsi ola biləcək".

Sonra millət vəkili Cavanşir Feyziyev gündəlikdəki məsələlərlə bağlı fikirlərini səsləndirib. Bildirilib ki, son 3 il ərzində keçirilən toplantılar çox önəmli və faydalıdır. TürkPA-nın fəaliyyətdə olduğu 10 il ərzində ortaya türk dünyası üçün əhəmiyyətli olan çox böyük işlər qoyulub. Bütün bunlar təqdirəlayiqdir və gələcək üçün böyük vədlər verən fəaliyyətdir.