Pilot sərxoş olduğundan təyyarəyə buraxılmadı


Dünya 01 Noy 2018 09:16:00 378 0

Pilot sərxoş olduğundan təyyarəyə buraxılmadı

"Japan Airlines" aviaşirkətinin pilotlarından biri London-Tokio maşrutu ilə uçuşdan kənarlaşdırılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, buna səbəb pilotun sərxoş olması olub.

Qeyd olunur ki, bu səbəbdən şirkətin təyyarəsi Londondan Tokioya yalnız iki pilotla uçuşu həyata keçirib, halbuki onların sayı üç olmalıdır, bu da, öz növbəsində, uzun məsafəli uçuşlar zamanı pilotların istirahəti üçün kifayət qədər vaxtın olmasını təmin edir.