"Forbes" ölümdən sonra ən çox qazanan məşhurların adlarını açıqlayıb


Digərləri 01 Noy 2018 08:22:00 236 0

"Forbes" ölümdən sonra ən çox qazanan məşhurların adlarını açıqlayıb

"Forbes" jurnalı işləri ölümlərindən sonra daha çox gəlir gətirən artistlərin illik reytinqini dərc edib.

Bakı. Rauf Quliyev - "Forbes" jurnalı işləri ölümlərindən sonra daha çox gəlir gətirən artistlərin illik reytinqini dərc edib. Trend-in məlumatına görə, reytinqin lideri illik "gəlir"i 400 milyon dollar olan Maykl Ceksondur. "Ölüm kommersiya uğuru üçün əngəl olmadı", - deyə Forbes qeyd edir. Siyahıda ikinci yerdə Elvis Preslidir. Onun albomlarının populyarlığına baxmayaraq, ölümündən sonra ən çox gəlir gətirən turistik məkana çevrilmiş Qreysland mülküdür. Belə ki, bir il ərzində Presli 40 milyon dollar "qazanıb".