Ana oğurlanmış oğlu ilə 31 il sonra görüşüb


Digərləri 31 Okt 2018 21:56:00 268 0

Ana oğurlanmış oğlu ilə 31 il sonra görüşüb

Kanadada ana və oğlu 31 il sonra görüşə biliblər.

Son.az "report"-a istinadən bildirir ki, Linet Mann-Lyuisin 2 yaşlı uşağı 1987-ci ildə qadının əri tərəfindən oğurlanıb. Alan Mann oğurladığı körpə ilə birlikdə ABŞ-a köçməyə və saxta sənədlər hazırlamağa nail ola bilib. Atası oğluna anasının öldüyünü deyib.

Lakin ata 31 il sonra ABŞ qanunvericiliyinin çoxsaylı pozuntularında ittiham olunub və araşdırmalar zamanı onun Kanadada uşağın itkin düşməsi faktı üzrə axtarışda olduğu üzə çıxıb. Kişi Kanadaya ekstradisiya olunacaq və məhkəmə qarşısına çıxarılacaq.