Bakıda bahalı avtomobillər ucuzlaşıb


Digərləri 31 Okt 2018 20:36:00 204 0

Bakıda bahalı avtomobillər ucuzlaşıb

2018-ci ilin sentyabr ayında Bakının avtomobil bazarında orta qiymət 28.011 manat təşkil edib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, ekspert Nüsrət İbrahimov deyib.

N.İbrahimov bildirib ki, mühərrik həcmi 2-dən az olan avtomobillərin orta qiyməti 15.302 manat təşkil edib və bu kateqoriyaya aid avtomobillərin qiymətində 6.75 faiz artım qeydə alınıb.

Onun sözlərinə görə, mühərrik həcmi 3-dən böyük olan avtomobillərin 55.866 manat və qiymətdə 7.57 faiz azalma olub.