Bakıda bahalı avtomobillər ucuzlaşıb


Digərləri 31 Okt 2018 20:00:22 234 0

Bakıda bahalı avtomobillər ucuzlaşıb

2018-ci ilin sentyabr ayında Bakının avtomobil bazarında orta qiymət 28.011 manat təşkil edib.

Bakı. Elçin Mehdiyev - 2018-ci ilin sentyabr ayında Bakının avtomobil bazarında orta qiymət 28.011 manat təşkil edib. Bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, ekspert Nüsrət İbrahimov deyib. N.İbrahimov bildirib ki, mühərrik həcmi 2-dən az olan avtomobillərin orta qiyməti 15.302 manat təşkil edib və bu kateqoriyaya aid avtomobillərin qiymətində 6.75 faiz artım qeydə alınıb. Onun sözlərinə görə, mühərrik həcmi 3-dən böyük olan avtomobillərin 55.866 manat və qiymətdə 7.57 faiz azalma olub.