İsrail səfiri Diasporla İş üzrə Dövlət Komitəsində olub


Digərləri 31 Okt 2018 20:09:57 213 0

İsrail səfiri Diasporla İş üzrə Dövlət Komitəsində olub

Diasporla İş üzrə Dövlət Komitəsində İsrailin Azərbaycandakı səfiri Dan Stav ilə görüş keçirilib.

Bakı. Diasporla İş üzrə Dövlət Komitəsində İsrailin Azərbaycandakı səfiri Dan Stav ilə görüş keçirilib. Komitədən Trend-ə verilən məlumata görə, görüşdə ölkələrimiz arasındakı əlaqələr, İsraildəki Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti, Azərbaycandakı yəhudi icması və hər iki xalqın diasporu arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Dövlət Komitəsinin rəhbərliyi Azərbaycan və İsrail dövlət başçılarının görüşlərinin iki ölkə arasındakı əlaqələrin inkişafına təkan verdiyini vurğulayıb. Mədəni, elmi, humanitar, diaspor və digər sahələrdə əlaqələrin daha da gücləndirilməsinin zəruriliyi qeyd olunub. Bu istiqamətdə İsraildəki Azərbaycan diaspor təşkilatlarının, eləcə də Azərbaycandakı yəhudi icmasının böyük töhfələr verdiyi bildirilib.