6000ci ildən gəldiyini deyən qadın dinozavrlardan danışdı


Dünya 31 Okt 2018 19:28:00 256 0

6000ci ildən gəldiyini deyən qadın dinozavrlardan danışdı

Finlandiyanın Milli Elm Laboratoriyasının işçisi olduğunu deyən qadın zaman səyahətinə çıxdığını iddia edib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, Klo adlı qadın əlində tutduğu bitkinin 6000-cı ilə aid olduğunu deyib. Qadın insanların dinozavr və nəsli kəsilmiş digər canlıları gələcəkdə yenidən geri qaytaracaqlarını söyləyib.

"Günəş getdikcə Yerə yaxınlaşacaq və bu səbəblə havanın tempraturu 40-70 dərəcəyə qədər artacaq. İstiləşmə səbəbindən tənəzzül başlayacaq. Bu proses min illər davam edəcək", - deyə Klo bildirib.