Ermənistan əhalisinin sayı 10 min 400 nəfər azalıb


Dünya 31 Okt 2018 19:04:00 233 0

Ermənistan əhalisinin sayı 10 min 400 nəfər azalıb

Ermənistanın daimi əhalisinin sayı 2017-ci ilin oktyabr ayı ilə müqayisədə 2018-ci ilin uyğun dövründə 10 min 400 nəfər azalıb.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mili Statistika Xidməti məlumat yayıb.

Bildirilib ki, 2018-ci il oktyabrın 1-də Ermənistanın daimi əhalisinin sayı 2 milyon 969 min 200 nəfər olub.