Bakı əhalisi 9 ayda ərzaq və qeyriərzağa


Digərləri 31 Okt 2018 17:36:00 255 0

Bakı əhalisi 9 ayda ərzaq və qeyriərzağa

2018-ci ilin yanvar-sentyabr aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2017-ci ilin yanvar- sentyabr ayları ilə müqayisədə 3,3 faiz artaraq 14 milyard 188,7 milyon manat olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz artaraq 6 milyard 441,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,3 faiz artaraq 7 milyard 747,1 milyon manata bərabər olub.