Rusiyanın sonuncu neft şirkəti İranı tərk etdi


Dünya 31 Okt 2018 16:56:00 231 0

Rusiyanın sonuncu neft şirkəti İranı tərk etdi

Rusiyanın İranda fəaliyyət göstərən sonuncu neft şirkəti "Zarubejneft" İslam Respublikasını tərk edib.

Son.az report-a istinadən xəbər verir ki, bu şirkət 2017-ci ilin sentyabrında "ZN-Vostok" adlı şirkət təsis edib. 

Bu ilin martında isə "Zarubejneft" İran Milli Neft Şirkəti ilə "Aban" və "Qərbi Peydar" yataqlarına xidmətlə bağlı müqavilə imzalayıblar. Bu müqavilə "ZN-Vostok"a verilib. Cari ilin aprelində isə şirkət Tehranda ofis açıb.

Məlumata görə, "Zarubejneft" İrandakı bütün layihələrdən çıxaraq öz payını "Promsıreimporta" verib.