Bakıda vətəndaşları polis adı ilə hədələyib pul alan dəstəyə hökm oxundu


Digərləri 31 Okt 2018 16:42:00 193 0

Bakıda vətəndaşları polis adı ilə hədələyib pul alan dəstəyə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Elvin Xudazarov, Fazil Əliyev, Vahid Əliyev və Hikmət Ağayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Elvin Xudazarov, Fazil Əliyev, Vahid Əliyev və Hikmət Ağayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Trend-in məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən) maddəsi ittihamdan çıxarıb, Cinayət Məcəlləsin 309 (vəzifə səlahiyyətlərini aşma) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham olunaraq təqsirləndirilənlərin hər biri 2 il müddətinə azadlıqdan məhrum edilib.