İranda qarpız, badımcan və pomidor sahələri su altında qaldı


Dünya 31 Okt 2018 15:29:00 271 0

İranda qarpız, badımcan və pomidor sahələri su altında qaldı

İranın 19 vilayətində sel baş verib. İndiyədək təbii fəlakətlə əlaqədar 1356 nəfərə yardım olunub, 189 nəfər müvəqqəti sığınacaqlarda yerləşdirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi deyib.

Onun sözlərinə görə, 25 oktyabrdan 31 oktyabr saat 06:00-dək 19 vilayətdə - Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, İlam, Çahar Mahal və Bəxtiyari, Şimali Xorasan, Rəzəvi Xorasanı, Cənubi Xorasan, Xuzistan, Sistan və Bəluçestan, Kirman, Kirmanşah, Kohkiluyə və Buyir Əhməd, Gülüstan, Gilan, Yəzd, Hörmüzqan, Mazandaran və Lorestan vilayətlərində daşqınlar baş verib.

M.Səlimi əlavə edib ki, xəsarət alan 4 nəfər müalicə müəssisəsinə göndərilib, 83 mənzil sel sularından təmizlənib, 3 avtomobil seldən çıxarılıb.