Buzovnada qəza törədərək hadisə yerindən yayınan sürücü saxlanılıb


Digərləri 31 Okt 2018 14:25:00 261 0

Buzovnada qəza törədərək hadisə yerindən yayınan sürücü saxlanılıb

Oktyabrın 29-da Bakı şəhər sakini Əli Abdullayevin xəsarətlə xəstəxanaya gətirilməsi barədə Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə məlumat daxil olub.

Bakı. Oktyabrın 29-da Bakı şəhər sakini Əli Abdullayevin xəsarətlə xəstəxanaya gətirilməsi barədə Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə məlumat daxil olub. DİN-dən Trend-ə verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirib. Araşdırmalarla Şağan qəsəbə sakini olan Ə.Abdullayevin xəsarətləri həmin gün saat 19 radələrində Buzovna qəsəbəsi ərazisində yolu keçərkən avtomobillə vurulması nəticəsində aldığı məlum olub.