Bakıda qadına qarşı 70 min manatlıq dələduzluq edən şəxsə 6 il cəza verildi


Digərləri 31 Okt 2018 14:03:00 239 0

Bakıda qadına qarşı 70 min manatlıq dələduzluq edən şəxsə 6 il cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən İntiqam İsmayıloğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə İntiqam İsmayıloğlu 6 il azadlıqdan məhrum edilib.