"Ufak Tefek Cinayetler" finala çıxır


Digərləri 31 Okt 2018 13:53:00 305 0

"Ufak Tefek Cinayetler" finala çıxır

"Star TV"nin sevilən serialı "Ufak Tefek Cinayetler"in finala hazırlaşdığı məlum olub

"Star TV"nin sevilən serialı "Ufak Tefek Cinayetler"in finala hazırlaşdığı məlum olub.

Son.az axşam.az-a istinadən bildirir ki, ötən gün yayımlanan bölümdə Arzu və Nilay obrazını canlandıran aktrisaların ekran işindən getdiyi bəlli olub.

Edibin öldürülməsi, cinayəti kimin törətdiyi ikinci mövsümün başladığı gündən maraqla izlənilən mövzu olub. Senarinin bu cür davam etməsi izləyiciləri də yorub və serial əvvəlki reytinqi verməyib. Elə buna görə də yaradıcı heyət ekran işinin finalını tezləşdirmək qərarına gəlib.

Arzunun serialdan getməsinə səbəb isə senarini bəyənməməsi və onun dəyişdirilməsini istəməsi olub. Rejisor isə buna əhəmiyyət verməyib və Arzunu canlandıran aktrisa Tülin Özən layihədən gedib.