Baş prokuror jurnalistin öldürülməsi ilə bağlı sualları cavablandırmayıb


Dünya 31 Okt 2018 13:02:47 298 0

Baş prokuror jurnalistin öldürülməsi ilə bağlı sualları cavablandırmayıb

Səudiyyə Ərəbistanının Baş prokuroru Səud əl-Mücib İstanbul prokuroru İrfan Fidandan öldürülən jurnalist Camal Qaşıqçının mobil telefonunu istəyib.

Son.az report-a istinadən xəbər verir ki, krallğını baş dövlət ittihamçısı Türkiyədə ona ünvanlanan suallara cavab verməkdən yayınıb.

Bildirilib ki, Səud əl-Mücib "Qaşıqçı cinayətinin əvvəlcədən planlaşdırıldğını demişdiniz. Sizcə, cinayəti kim planlaşdırıb?", "Cinayətin törədilməsində yerli (türkiyəli - "Report") şəxslə əlbirliyindən söz açmısınız. Bu yerli kimdir?", "Camal Qaşıqçının meyiti basdırılıbmı?" kimi suallara cavab verməyib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının Baş prokuroru Səud əl-Mücib üç gündür Türkiyədə səfərdədir. O, oktyabrın 30-da Türkiyə Milli İstiqbarat Təşkilatının İstanbuldakı şöbəsində olub.

Qeyd edək ki, C.Qaşıqçı oktyabrın 2-də Baş Konsullğun binasında öldürülüb. Krallıq onun qətlə yetirildiyi ilə bağlı açıqlama vermirdi. Ancaq C.Qaşıqçının paltarını geyinmiş və gözlüyünü taxmış bir nəfərin Baş Konsulluqdan çıxarılması səhnəsini quraşdırmaqla Səudiyyə Ərəbistanı jurnalistin diplomatik missiyadan çıxdığını beynəlxalq ictimaiyyətə sırımaq istəyib. Bununla da Camal Qaşıqçının itkin düşməsi məsələsində Türkiyəni ittiham etməyi planlaşdırıbmış. Lakin oktyabrın 20-də Səudiyyə Ərəbistanı rəsmi olaraq jurnalistin Baş Konsulluğun binasında öldürüldüyünü etiraf edib. Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl-Mücib yerli "Ekberiye" telekanalına müsahibəsində jurnalistin öldürülməsinin əvvəlcədən planlaşdırıldığını deyib.