Azərbaycana narkotik keçirmək istəyən Rusiya vətəndaşı saxlanıldı


Digərləri 31 Okt 2018 13:08:00 259 0

Azərbaycana narkotik keçirmək istəyən Rusiya vətəndaşı saxlanıldı

Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Rusiya vətəndaşı saxlanılıb.

Komitədən Son.az-a verilən məlumata görə, saxlanılan şəxsin üzərində aparılmış şəxsi yoxlama zamanı üstündən narkotik vasitələr aşkar edilib. Belə ki, onun əynindəki gödəkçənin sağ iç cibində kağız bükülünün içərisindən, ümumi çəkisi 1.525 qram tütünlə qarışıq kütlədə təmiz çəkisi 1.021 qram, 1 ədəd kibrit qutusunun içərisindən çətənə bitkisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 3.957 qram olan narkotik vasitə - marixuana, sellofan bükümdə isə təmiz çəkisi 1.310 qram olan narkotik vasitə - həşiş qətranı aşkarlanıb.