Bakıda 6 saylı avtobus barədə yayılan videoya RƏSMİ CAVAB


Digərləri 31 Okt 2018 11:54:00 272 0

Bakıda 6 saylı avtobus barədə yayılan videoya RƏSMİ CAVAB

6 nömrəli marşrut xətti üzrə hərəkət edən "BakuBus" MMC-yə məxsus avtobusun qoşa xəttin tələbini pozaraq əks hərəkət zolağına çıxmasına dair sosial şəbəkələrdə və KİV-də yayımlanan məlumat və videogörüntü Bakı Nəqliyyat Agentliyi tərəfindən nəzarətə götürülərək araşdırılıb.

Agentlikdən Milli.A-za verilən məlumatda deyilir ki, araşdırmaılar zamanı müəyyən edilib ki, 17.10.2018-ci il tarixində Həsən Əliyev küçəsi ilə hərəkət edən "BakuBus" MMC-yə məxsus avtobuslardan birində texniki nasazlıq yaranıb və nəqliyyat vasitəsi yolda dayanmalı olub. Bu səbəbdən, həmin avtobusun arxa tərəfi ilə hərəkət edən avtomobillər, o cümlədən də 6 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu da qısa məsafəni qət etmək üçün əks hərəkət zolağına çıxıb. Texniki nasazlıq səbəbindən yolda dayanan avtobusu keçdikdən sonra nəqliyyat vasitəsi marşrut xətti üzrə müəyyən olunan zolaqla hərəkətini davam etdirib.

Agentlik bildirir ki, 6 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun əks yola çıxmasına dair sosial şəbəkələrdə görüntü yayan vətəndaşa araşdırmanın nəticəsi barədə məlumat verilib. Həmçinin, o, hadisənin bütöv şəkildə əhatə olunduğu görüntülərə baxmaq üçün "BakuBus" MMC-yə dəvət edilib. Vətəndaş isə avtomobillərin və avtobusun əks yola çıxmasının səbəbini bildiyini deyərək, "BakuBus" MMC-yə gəlməkdən imtina edib.