Peşə təhsili müəssisələrində oxuyanlara tələbə statusu veriləcək


Digərləri 31 Okt 2018 11:33:36 224 0

Peşə təhsili müəssisələrində oxuyanlara tələbə statusu veriləcək

Yeni qəbul edilən "Peşə təhsili haqqında" qanunda peşə təhsili müəssisələrində oxuyanlara tələbə statusunun verilməsi nəzərdə tutulur.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov "Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək" layihəsi çərçivəsində keçirilən "İnformal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması" mövzusunda konfransda çıxış edərkən deyib.

C.Bayramov bildirib ki, "Peşə təhsili haqqında" qanunda beynəlxalq təcrübəyə uyğun olaraq, peşə təhsili sisteminin ilk peşə, texniki peşə və yüksək peşə təhsili olmaqla, 3 səviyyədə fəaliyyət göstərməsi müəyyən edilib.