Həkimlərdən xəbərdarlıq: diqqətsizlik uşaqlarda göz xəstəliyinin ağırlaşmasına səbəb ola bilər FOTO


Digərləri 31 Okt 2018 11:29:00 282 0

Həkimlərdən xəbərdarlıq: diqqətsizlik uşaqlarda göz xəstəliyinin ağırlaşmasına səbəb ola bilər  FOTO

Göz həkimləri uzman dr. Şahin Novruzlu və dr. Rəhimə Poluxova valideynləri uşqların göz xəstəlikləri ilə bağlı diqqətli olmağa çağırırlar.

Son.az xəbər verir ki, həkimlərin fikrincə, göz tənbəlliyinin ortaya çıxmasında göz həkimləri qədər valideynlərin də rolu böyükdür.

Həkim Şahin Novruzlu qeyd edib ki, stastik olaraq hər 100 uşaqdan üçündə göz tənbəlliyinə rast gəlinir: "Göz tənbəlliyi nə qədər erkən aşkarlanarsa, müalicəsi də bir o qədər uğurlu olur. Çünki müxtəlif elmi araşdırmalarda tənbəlliyin qalıcı müalicəsinin 10-12 yaşa qədər mümkün olduğu və müalicəyə nə qədər erkən yaşlarda başlanarsa, nəticənin də o qədər effektli olduğu göstərilib. Bunun üçün də uşaqların gözlərində gözlə görünən hər hansı patologiya olmazsa belə, oftalmoloq müayinəsindən keçməlidirlər".