Praqa Trampın qərarından əndişələnib


Dünya 31 Okt 2018 07:55:00 265 0

Praqa Trampın qərarından əndişələnib

Çexiyanın Baş naziri Andrey Babiş və Çexoslovakiyanın 100 illiyi ilə bağlı təntənələrdə iştirak etmək üçün Praqada səfərdə olan ABŞ-ın müdafiə naziri Ceyms Norman Mettis Çexiyanın müdafiə büdcəsinin artırılması ilə yanaşı, qarşılıqlı ticarət məsələlərini də müzakirə ediblər. Son.az AZƏRTAC-a istinadən bildirir ki, Babiş amerikalı nazirə sərbəst ticarəti dəstəklədiyini və ticarət müharibələrinin əleyhinə olduğunu bildirib.

Siyasətçilər Çexiya ordusunun planlaşdırdığı hərbi texnikanın alınmasını və Amerika tərəfinin bu tenderlərdə iştirakının mümkünlüyünü, həmçinin Çexiya ərazisində yeni atom enerji bloklarının tikintisi ehtimalını müzakirə ediblər. Baş nazir görüşün yekunları barədə konfransda jurnalistlərə bildirib ki, o, Ceyms Norman Mettisi nəzərdə tutulan silah tədarükünün şəffaflığına inandırıb.