Türkiyə HHQ İraqın şimalında 7 PKK terrorçusunu məhv edib


Dünya 31 Okt 2018 07:18:00 242 0

Türkiyə HHQ İraqın şimalında 7 PKK terrorçusunu məhv edib

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında PKK terror qruplaşmasının mövqeilərinə hava zərbələri endirib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, hava zərbələri nəticəsində 7 PKK terrorçusu məhv edilib.

Bundan əlavə, əməliyyatlar zamanı İraqın şimalında yerləşən Qara və Avaşin-Basyan rayonlarında terrorçuların sığınacaqları və hərbi sursat anbarları məhv edilib.